Santa-Klausun məxfi xidməti / Секретная служба Санта-Клауса / Arthur Christmas [ online izlə ]
FAYL HAQQINDA MƏLUMAT
Tərcümə: Rusca
Keyfiyyət: Cam-Rip
Şüar: "Sizə də maraqlıdırmı, bir gecə ərzində bu qədər hədiyyə necə paylanır?"
Çıxış ili: 2011
Ölkə: ABŞ, Böyük Britaniya
Rejissor: Sara Smit, Beri Kuk
Ssenari: Piter Beynhem, Sara Smit
Rollarda: Ceyms MakEvoy, Hyu Lori, Bil Nayi, Cim Broudbent, İmelda Stonton, Eşli Censen, Mark Vutton, Lora Linni, Eva Lonqoriya, Remona Markez, Maykl Pelin, Sanceyev Baskar, Coan Kyusak, Rayz Derbi və başqaları...
Janr: Dram, Komediya, Cizgi Film, Animasiya, Ailəvi, 2011, Ən son əlavə edilən filmlər
Büdcəsi: $100 000 000
Vaxt: 1 saat 31 dəq.
Dünya premyerası: 11 noyabr 2011
Azərbaycan premyerası: 8 dekabr 2011
Film haqqında
Yeni il ərəfəsində hər bir uşağı ən çox maraqlandıran sual - Necə olur ki, Santa bir gecə içində hər kəsə hədiyyə paylayır? Şimal qütbündə Santanın hədiyyə mərkəzində bu sualın cavabı tapılır. Santa-Klausun hədiyyə mərkəzi illərdir ki, ən son texnologiyalarla bütün uşaqların arzuladığı hədiyyələri hazır edir və bayrama bir gecə qalmış hədiyyələri lazımi ünvanlara çatdırır. Lakin, bu Miladda, hədiyyələrin paylanması əməliyyatında daha bir nəfər də iştirak edəcək. Artur - Santa ailəsinin ən kiçik üzvüdür. O, bir qədər bacarıqsız olsa da, hədiyyə mərkəzindəki hər kəs kimi işləri qaydasınca görməyə çalışır. Hər şey öz yolunda gedərkən, kiçik bir problem yaşanır. Milyonlarca uşağın içindən yalnız bir nəfərə hədiyyə çatdırılmamışdı! İndi Arturun vəzifəsi bayramın səhərindən öncə son hədiyyəni ünvanına çatdırmaqdır.